1842-ci ilin məlumatına
görə 61.961 nəfər əhalisi olan Şamaxı vilayətində səmərəli vaxt
keçirmək üçün heç bir ictimai kitabxana yox idi. Bu zaman Şamaxıda
təkcə bir məktəb kitabxanası işləyirdi. Lakin bu kitabxana öz xarakterinə
görə ancaq şagirdlərə və müəllim heyətinə xidmət etdiyindən ondan
yaşlılar istifadə edə bilmirdi. Bundan əlavə kitabxananın fondu
da yoxsul idi. “Kita\bxanada 1844-cü ildə 245 nüsxə ,1848-ci ildə
isə cəmi 353 nüsxə kitab var idi ki, bu kitabların da çoxu dərsliklərdən
ibarət idi.”
Bu kitablar müəllim və şagirdlərin tələblərini odəyə bilmirdi .Çünki
bunlar bir neçə adda olan çoxlu nüsxələrdən ibarət idi. Şəhərdə
açıq çox az və təsadüfi hallarda kitab satışı olurdu. “ 1848-ci
ildə cəmi 95 nüsxə kitab satılmışdı ki, bunların da çoxu dərsliklər
idi. Burada o zaman kitabın baha olması da qeyd olunmalıdır. Belə
ki, yuxarıda göstərilən 95 kitabın qiyməti 112 manat 52 qəpik idi.
”
Şamaxı kimi böyük bir şəhərdə ictimai kitabxananın olmaması dözülməz
hal idi. Ona görə də , şəhərdə ictimai kitabxana ancaq mühüm bir
vəzifə kimi qarşıda durmuşdu.
1859-cu ildə zəlzələ nəticəsində Şamaxının dağılmasına baxmayaraq
, yerli əhali öz doğma şəhərinin yenidən bərpasına səy göstərərək,
onu zəlzələdən qabaqkı vəziyyətə salmağa çalışır. Bu zaman bir çox
yerli maarif həvəskarları həmin il sentyabrın 30-da Şamaxı şəhərində
kütləvi kitabxana açmaq fikrinə düşür.
Onlar bu məqsədlə Şamaxı hərbi valisi general mayor Çillevdən icazə
alaraq camaatın könüllü surətdə verdiyi kitabları siyahıya almağa
başlayırlar.
Əhali tərəfindən baxışlanan kitabların sayı nəzərdə tutulduğundan
az olur və onlar kitabxananın təsisi üçün kifayət etmir. Lakin mədəniyyət
ocağı düzəltmək məqsədi ilə verilmiş bu kitablar kitabxananın yaradılması
üçün zəmin hazırlayır. Yerli ziyalıların təkidi ilə Şamaxı mahalının
valisi polkovnik , knyaz Tarxan Muravyev bu haqda Qafqaz sərdarına
məlumat verərək ondan, Şamaxı şəhərində camaat üçün kitabxana təşkil
edilməsinə icazə istəyir. Uzun əzab əziyyətdən sonra Qafqaz sərdarı
Şamaxı şəhərində camaat üçün kitabxana açılmasına icazə vermiş ,
kitabxananın qayda-qanununu təsdiq etmiş və kitabxananın təşkili
üçün 300 manat gümüş pul buraxmışdı. Əlbəttə, 300 manat gümüş pul
yeni bir kitabxananın açılması üçün kifayət deyildi. Buna görə də
verilən ianələrin miqdarı ketdikcə çoxalmış , nəzərdə tutulmuş kitabları
almaq imkanı əldə edilmiş və nəhayət “1859-cu il sentyabrın 15-də
Şamaxı şəhərində camaat üçün kitabxana açılmışdır.”
Kitabxana üçün xüsusui bina tikilənə qədər o, müvəqqəti olaraq Şamaxı”
Nücabə” cəmiyyəti binasında yerləşdirmişdi. Müəyyən edilmiş qayda-
qnunlara müvafiq olaraq , kitabxana üçün rus klassiklərinin və xarici
ölkə yazıçılarının ən yaxşı əsərlərini yazdırıb gətirtmək qərara
alınmışdı.
Kitabxana üçün, həmçinin Zaqafqaziyaya aid rus və əcnəbi dillərində
yazılmış bir sıra kitabların alınması da nəzərdə tutulmuşdu. Bu
kitabxana üç üzv və bir kitabxanaçıdan ibarət olan komitə tərəfindən
idarə olunurdu. Komitəni oxucuların yığıncağında səs çoxluğu ilə
seçirdilər. Kitabxanadan istifadə etməyə həm kitabxananı təşkil
edənlərin , həm də kitabxananın təşkilinə müəyyən miqdarda üzvlük
haqqı verənlərin ixtiyarı var idi.
Kitabxana açılan zaman yaradılan əsas “fonddan ” başqa , bir çox
ziyalılar tərəfindən bağışlanılmış ədəbiyyata, qeyri-nəşriyyat nüsxələrinə
, 1859-cu ildə nəşr edilmiş “Şəhrizad”, “Moskovskaya meditsinskaya
qazeta” kimi dovrü mətbuat komplektlərinə də malik idi.
“Qafqaz ” qəzetinin verdiyi məlumata görə, Şamaxı camaat kitabxanasına
o zaman Rusiyada nəşr olunan –“Russkoye slovo”, “Severnıy arxiv”,
“Morskoy sbornik”, “Rassvet”, “Şexerzada”, “Sobraniye inostrannıx
romanov”, “Semeynıy listok”, “Xudojestvennıy listok”, “Kafkazstı”,
“Moskovskaya meditsinskaya qazeta” , “Tvoreniya yev otsov”, “Voskresnoye
çteniye”, “Duxovnaya beseda”, “Voyennıy sbornik”, “İskra”, “Biblioteka
dlya çteniya” və başqa qəzet və jurnallar alınırdı.
Tamamilə aydındır ki, qədim Şamaxıda yaşayan 30min əhalinin hətta
böyük əksəriyyətinin tamamilə savadsız olduğunu nəzərə alsaq belə
bu kitabxana onların elmə , mədəniyyətə , dövrü mətbuata bolan ehtiyacını
əsla təmin edə bilməzdi. Bütün bunlara baxmayaraq maarif həvəskarlarının
təşəbbüsü ilə azərbaycanda birinci dəfə olaraq yaradılan bi ictimai
kitabxana mədəni-maarif işinin gələcək inkişafına yol göstərən bir
mayak olmuşdur.
Şamaxıda ilk kitabxana-qiraətxana
1905-ci il İnqlabından sonra Şirvan qəzasının Şamaxı
şəhərində başda Abbas Səhət, M.Ə.Sabir, Cəmo Cəbrayılbəyli və başqaları
olmaqla bir dəstə marifpərvər, ziyalı qiraətxana-kitabxana təhsis
edirlər. 1905-ci il İnqlabından ruhlanan bu ziyalılar Şamaxıda maarifpərvər
Hacı İsmayılın evinə yığışıb, rusiyadan Bakıdan gələn qəzet,jurnal
və intibahnamələri oxuyur onları əhali arasında yayırdılar.
1906-ci ildə Mamaladze familiyalı nəgər gürcü Şamaxıya gəlib orda
aptek açır maarifpərvər gənclər aptekdə tez-tez görüşərək gizli
inqilabi iş aparmağa başlayırlar burada bir sıra intibahnamələr
yazılıb gecələr qapı və pəncərələrdən şəhər əhalisinin evlərinə
atılır və əhali çar tütləqiyyətinə qarşı mübarizəyə cağrılırdı.
Demokratik fikirli qəzet və jurnallar əhali çox olan yerlərdə, evlərdə
oxunur və şərh edilirdi. Maarifpərvər ziyalıların keçirdiyi bu tədbirlər
jandarma idarəsinin diqqətini cəlb edir, jandarm daim onları tədbiq
etməyə başlayır. Polis xəfiyəsinin getdikcə artır və aptekə gəli-gedənlə
şüphə altına alınırdı artıq aptekdə yığışıb görüşmək mümkün olmurdu,
cünki polislər apteki bir an belə qaçırmır, hətda ora gəlib dərman
alan bütün kişilər təəqib olunur və çox vaxt polis idarəsinə çağrılıb
sorğu-sual edilirdi. Bu vəziyyəti görən maarifpərvər ziyalılar öz
məqsədlərini həyata keçirmək üçün yeni yollar aramağa başladılar.
Bu tədbirlərdən biri qiraətxana-kitabxana açmağ olur.
Maarifpərvər ziyalıların maddi və mənəvi köməyi ilə az müddət içərisində
qiraətxana-kitabxana üçün münasib bina tapılır, ianə olaraq toplanan
vəsaitə rus, Azərbaycan və erməni dillərində dövrü ədəbiyyata abunə
yazılır. Kitabxanaya kitab və kitabçılar toplamaq üçün hədiyyə dəftəri
açılır, hədiyyə verənlərin adları mətbuatda dərc edilir və onlar
ictimai yerlərdə təriflənirlər. Bu münvalla kitabxananın açılması
üçün şərait yaradılır.
Bu qiraətxana-kitabxana haqqında, onun təşkilatçılarından biri olan
əməkdar müəllim Cəmo Cəbrayılbəyli yazır. “Apardığımız təbliğat
nəticəsiz qamışdı: aşılışında yüz illdən artıq adam iştirak edirdi
“rəğbətkar” sifəti ilə komissiya nümayəndələri kimi qəza naçalniki
Feadorov öz köməkçiləri ilə gəlib çıxdı.
Məclisi şəhər idarəsi Xudaverdiyev açıb məqsədi qısa olaraq anlatdı,
sonra bir neçə adam bu işin tamamı ilə yeni bir təşəbbüs olduğunu
və xeyirli olacağını söylədi.
A.Səhhət ətraflı çıxışında mədəni ölkələri misal gətirərək, Şamaxıda
qiraətxana-kitabxana açılışını tarixi əhəmiyyətə malik olduğunu
və bu təşəbbüsün inkişaf etdirilməsinin lazımlığını bildirdi.
Nəhayət Mirzə Ələkbər Sabir “Elm” adlı mənzuməsini oxudu. Mənzumə
o qədər təsirli oldu ki, o zamana qədər Şamaxıda görünməyən gurultulu
bir alqış qopdu.
Təəssüf ki,o şeirdən heç bir əsər-əlamət qalmamşdır. Mənzumə məzumunun
elmi əhəmiyyəti və müvəffəqiyətlərinə dair özü də çox təsirli idi.
Sabiri bir dəst kostyum ilə mükafatlandırmağ qərara alındı və bunun
da maarifpərvər Hacı İsmayıl öz öhdəsinə götürüb yerinə yetirdi.
İclas qutardıqdan sonra açılışa qədər gətirilmiş qəzet və məçmuələr
stolun üstünə düzülüb oraya yığılanların nəzərinə çatdırıldı. İanə
yolu ilə yığılmış 3.000 qədər kitab dəxi səliqə ilə şkaflara düzülmüşdürş.
O gündən açılan müəssisə 1918-ci ilə qədər yaşadı. Şamaxıya Jupraniski
adlı bir nadan qəza naçalniki təyin olduqdan sonra, qiraətxanamız
“bədnəzər polisin nəzərinə gəldi” buna görə də tez-tez axtarışa
məruz qalırdı. Bununla belə orada işləmək üsulun öyrənən gənclər
az olmadı və təzyiq əks olaraq, əlaltı bəyannamələr nəşr edildi.
Nəticədə iki dəfə Səhhətin mənzilində axtarış aparııldı və mənim
Şamaxıdan çıxarılmağım məsələsi Jupraniski tərəfindən meydana qoyuldu”.
Məlum olduğu kimi bu kitabxana – qiraətxana 1918 – ci ilin mart
ayına qədər yaşamamışdır. Həmin ildə Azərbaycanda baş verən vətəndaş
müharibəsi zamanı Şamaxı şəhəri yandırılıb talan edilərkən onun
kitabxanası da yanmışdır.
1920 – ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
kitabxana yenidən bərpa olunmuşdur. Indi bu kitabxana Şamaxı şəhərinin
mərkəzində tikilmiş xusisi binada yerləşir.
|