 |
XIX
əsrdən başlayaraq ermənilər Azərbaycanın cənnət guşələrində -Qarabağ
,İrəvan, Şirvan və s. bölgələrində məskunlaşmağa başladılar .Onlar
qədim mədəniyyət beşiyi olan Şamaxıda ən səfalı , bir içim suyu
yayın oğlan çağında diş donduran, abi-havası min bir dərdin dərmanı
olan –Mədrəsə, Sağiyan , Meysəri, Kələxana , Zarxı və s. yerləri
özlərinə “ata-baba ocağı” seçdilər. Bu yerlərdə xalqımızın keçmiş
tarixinin izləri indi də yaşamaqdadır. XIX əsrin ikinci yarısından
Şamaxıda və onun kəndlərində məskunlaşmış ermənilər başqa ərazilərdə
olduğu kimi, rus havadarlarının köməyi ilə müxtəlif idarələrdə bir
çox vəzifələrə yiyələnə bilmişlər. Faktlar bir daha göstərir ki,
erməni millətçiləri hələ XIX əsrin 70-90-cı illərində müsəlmanlara
xor baxmış , yeri gələndə onların əleyhinə təbliğatlar aparmışlar. |
Bu işdə bəzən də “dost” cildinə girmiş ermənilər çox vaxt da özlərini
müsəlmanların dərdinə şərik kimi göstərə bilmişlər. Ən nəhayət XX
əsrin əvvələrindən ermənilər müsəlmanlara qarşı açıqdan-açığa ədavətə
başlayırlar. İğtişaşlar daha da çoxalır , erməni terrorçuları açıq-aşkar
meydana çıxırlar.
1902-ci il zəlzələsi Şamaxını yerlə-yeksan etmişdi. Şəhərdə və onun
ətraf kəndlərində minlərlə insan qırılmış, bir çoxları şikəst olmuşdu.
1902-1905-ci illərdə zəlzələnin ağrı-acıları təzəcə unudulurdu ki,
Şamaxıda erməni soyqırımı baş verdi. Əldə etdiyimiz məlumatlardan
bəlli olur ki, ilk əvvəl, açıqdan-açığa fəaliyyət göstərə bilməyən
ermənilər gizlincə Şamaxıda bir çox mülkləri yandırmış , “sünnü
və şiyələr”i bir-birinə qarşı qoymaqla müsibətlər törətmişlər. Eləcə
də , Şamaxıda olan ermənilər Tiflis, Qazax , Gəncə, Şuşa və Cəbrayılda
soyqırımı törədənlərə hər cür maddi , köməklik göstərə bilmişlər.
Nəticədə böyük ermənistan xülyasının icraçıları 1905-1907-ci illərdə
yüzlərlə azərbaycan kəndini viran qoymuş, əhalisini ev-eşiklərindən
didərgin salmışlar. |
 |
1917-ci ilin sonu 1018-ci ilin əvvələrindən başlayaraq S.Şaumyanın
tapşırıqları ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan
Lalayev gizlincə Şamaxıda , eləcə də, Mədrəsə, Kərkənc, Saqiyan,
Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinində rus kəndinə
- Xilmilli, Qızmeydan, Çuxuryurda gizlincə silah, sursat paylatmış,
onları başdan-ayağa silahlandıra bilmişdir. Bu böyük faciəyə hazırlıq
idi.
Nəhayət həmin faciə baş verdi . Bu faciə 31 mart Şamaxı soyqırımı
idi. Bolşevik bayrağı altınta üçüncü dəfə Şamaxıya daxil olan erməni
yaraqlıları şəhəri yenidən ələk-fələk etdilər. Şəhərdə az-çox salamat
qalmış tikililər yenidən oda qalandı. Şəhərin yaxınlığında olan
qəbiristanlıqlar təhqir edildi. Məscidlər , mədəniyyət abidələri
daxıdılıb yandırıldı, dinc əhali Cümə Məscidinin içərisinə doldurularaq
diri-diri vəhşicəsinə yandırıldı. |
Hal-hazırda bu faciənin ürək ağrıdan
qanlı izləri indi də Cümə Məscidinin divarlarında yaşayır. Bolşevik ordusu Ağsu-Göyçay tərəfə istiqamət aldı. Şamaxı şəhərini
və onun ətraf kəndlərini viran qoyan, müsəlman əhalisini ucdantutma
qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə başladılar.
Erməni silahlı qüvvələri, əgər, Bakıdan Şamaxıya üç günə gəlib çıxmışlarsa,
onlar iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar.
Ən nəhayət, erməni daşnakları İsmayıl xan Ziyadxanovun dəstəsi ilə
qarşılaşırlar. Bu döyüşdə S.Şaumyanın “erməni- bolşevik” ordusu
qələbə çalır. Bu qələbə münasibəti ilə S.Şaumyan , Moskvaya V.İ.Leninə
müjdə göndərir.
Bu “böyük qələbə” Şamaxıda 4 minə yaxın dinc əhalinin qəsdən qətli
(o cümlədən , 1653 qadın, 965 uşağın, yandırılan , talan edilən
58 kənddə isə 3204 nəfər kişi , 1979 nəfər qadın , 959 nəfər uşağın
məhv edilməsi ) hesabına başa gəlir. Qətlə yetirilənlərin sayı düzgün
dəqiqləşdirilməmişdir. Ona görə də mənbələrdə Şamaxıda qətlə yetirilmiş
insanların sayı barədə fikir müxtəliflikləri mövcuddur. Məsələn
bir mənbədə oxuyuruq: “ Şaumyan cəlladları Şamaxı uzeydində qanlı
faciələr törətdi. Şamaxı şəhərindən yalnız xarabalıqlar qalmışdı.
15 minlik əhalisi qılıncdan keçirildi. Az hissəsi bu faciədən qaçqınlıqla
başını qurtara bildi.” |
 |
Başqa
bir mənbədə göstərilir ki, şəhərində təqribən, 8-12 min, bütövlükdə
Şamaxı qəzasında isə , 40 minə qədər insan qətlə yetirilmişdir.
Çox təəsüflər ki, onların yalnız 12 min nəfəri qeydə alınmışdır.
Göründüyü kimi sənədlərdən də erməni terrorçularının Şamaxı və onun
kəndlərində qətlə yetirdikləri günahsız insanların sayını dəqiq
müəyyən etmək mümkün deyildir. Amma ötən əsrin 90-cı illərindən
bəri apardığımız ciddi araşdırmalar nəticəsində (yüz nəfərə yaxın
şahiddən toplanan xatirə və məlumatlar ) müəyyən edilmişdir ki,
erməni cinayətkarları- S.Şaumyan, S.Lalayan , Z.Arestisyan , T.Əmirov
və A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli havadarlarının iştirakı
ilə Şamaxı şəhərində təqribən , 14-16 min , onun 40 kənd və obalarında
(bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8
min nəfəri |
qətlə yetirmişlər. Şamax şəhəri,onun kənd və obalaraından
didərgin , qaçqın düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur.Mənbələrdə bu qırğın zamanı Şamaxı qəzasında 58 kəndin yerlə-yeksan
edildiyi, yandırıldığı haqqında məlumat verilir. Həmin siyahıya
faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd
və obaları da siyahıya daxil edəndə məlum olur ki, 1918-ci il soyqırımı
zamanı Şamaxı qəzasının 90-a yaxın , rayonun isə 40-dan artıq kənd
və obası faciəyə məruz qalmışdır.
|