Kitabxanası
line decor
 / Kitabxana haqqında / Kitabxananın tarixi /E-kitabxana/ E-kataloq / Normativ sənədlər / Metodik vəsaitlər/Tədbirlər/
line decor
 
 
 
 

Metodik vəsaitlər

Ekoloji problemlər, ekoloji tərbiyə və məlumatlandırma məsələləri ilə əlaqədar kitabxanada görüləcək işlər.

Ekoloji problemlər qlobal, yəni ümumbəşər problemlərinə aid olmaqla , qlobal problemlər sistemində sülh və müharibə problemlərindən sonra birinci sırada durur. Ekoloji problemlər hər şeydən öncə bütün bəşəriyyətin mənafeyini ifadə edir. Eyni zamanda bu problem sivilizasiyanın inkişafının əsas amili olmaqla onların kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti məhv olmaq təhlükəsi ilə hədələyir.
Buna görə də ekoloji problemlər , ekoloji tərbiyə və ekoloji məlumatlandırmanın forma və metodlarından danışmaqdan öncə ekologiya terminin mənasını, mahiyyətini, yaranma tarixini aydınlaşdırmaq lazımdır.
Ekologiya yunanca “ekos” yaşayış yeri “loqos”- elm mənasını ifadə edir. Yəni yaşayış mühiti şəraitində orqanizm haqqında elm deməkdir. Ekologiya ictimai şeurun forması kimi bioloji elmlərin bir hissəsi olub fauna və floranın , onların nümayəndələrinin bir-biri ilə, ətraf mühitdə qarşılıqlı fəaliyyəti bitkilər aləmində , eləcə də onların məskunlaşdığı bütöv ətraf mühitdə baş verən faktları , nəticələri, məlumatları qarşılıqlı əlaqələrin və mübadilələrin ümumiləşdirilməsindən ibarətdir və onun tərkib hissəsi estetik hiss və ekoloji məsuliyyətdir.
Müasir ekoloji situasiyanı və qlobal problemlərin xarakterini , yaranmasını düzgün anlamaq üçün hər şeydən əvvəl cəmiyyətin tarixində cəmiyyətlə təbiətin qarşılıqlı təsirinin əsas meyillərini izləmək , ikincisi ictimai fikir tarixində bu problemlərə münasibət baxımından nəzəri şüurun əsas inkişaf mərhələlərini nəzərdən keçirmək lazımdır.
Bəşər tarixində cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərini üç dövrə ayırmaq olar .Birinci-ibtidai dövrdə insan təbiətdən tam ayrılmamışdır və o bilavasitə təbiətin hazır məhsullarını mənimsəyirdi. İnsan təbiətin qanunauyğunluqlarını tam dərk etmir, təbiət bütövlükdə insanın müşayət etməyə borclu olduğu harmoniya və mükəmməl idealı hesab olunurdu.
İkinci- intibah dövrü həm təbiətdən istifadə həm də təbiəti anlamada böyük dəyişiklik etdi. Məhs bu dövrdə fəlsəfə şərhçilikdən elmi əsaslara keçməklə insan, təbiət və kosmos məsələlərində qanunauyğunluqları əsaslandıran nəzəriyyələr yarandı. O dövrün məşhur filosofu F.Bekon həmin dövrü belə təsvir edirdi. “İnsan təbiətn qulu və şərhçisidir, nə iş görürsə başa düşür ki, nəyə nail olub, işi və düşüncəsi bir-birinə uyğun gəlir.”
Kapitalizmin formalaşması ilə əlaqədar cəmiyyət və təbiətin qarşılıqlı təsir prosesinin üçüncü sənaye mərhələsi başlayır. Bu mərhələdə təbiət insan üçün yalnız predmetə faydalı işə çevrilir. Eyni zamanda cəmiyyətin sonrakı və müasir inkişaf mərhələsində təbiətdən istifadənin elmi cəhətdən istifadə oluna bilən məqsədyönlü nəzəri konsepsiyaları işlənib hazırlanır, ekoloji problemlərin məzmunu təsir dairələri müəyyən olunur. Ekoloji məsələlərin təbliğini düzgün istiqamətləndirmək məqsədi ilə bəzi daha aktual elmi-nəzəri konsepsiyalar ekoloji problemlərin məzmununu və təsir dairələri bu problemlərin həlli yolları barədə bəhs etmək məqsədə müvafiq olardı.
Belə ki, elmi ümumiləşdirilmələrə əsasən məzmununa görə ekoloji problemləri dörd qropa bölmək olar.
I.Ətraf mühitin çirklənməsi
II. Təbii ehtiyatların tükənməsi
III. Ekosistemin tarazlığının sabitliyinin pozulması
IV. Demoqrafiq və urbanistik(yəni sənaye və əhalinin böyük şəhərlərdə cəmlənməsi) proseslərlə təbiətdəki proseslərin qarşılıqlı təsiri.

Təşəkkül mənbələrinə görə ekoloji problemlər II qrupa bölünür.
I. Cəmiyyət və təbiət arasındakı ziddiyətlər
II. İnsan və təbiət arasındakı ziddiyətlər
Ekoloji problemlərə miqyasına görə a) lokal, b) regional v)qlobal problemlərə bölünür.
Təsir dairəsinə görə
I.Əsasən cəmiyyətə və insana təsir edən
II. təbiətə təsir edən
III. Bərabər səviyyədə həm cəmiyyətə, (insana) həm təbiətə təsir edən.
Ekoloji problemlərin yaranmasının 3 böyük günahı var. Cəmiyyət , elmi-texniki inqilab və insan.
Ekolji problemlərin həllinin üç yolu müəyyən edilir.
I.Sosial-yəni cəmiyyətlə təbiətin harmoniq(yəni. əlaqəli ahəngdar) inkişafının kompleks-ekoloji proqramlarının yaradılmasını nəzərdə tutan sosia-iqtisadi siyasətin həyata keçirilməsi.
II.Elmi-texniki – konkret ekoloji problemlərin elmi-texniki həllinin tapılması.
IV. Mənəvi pedaqoji siyasət- yəni şəxsiyyətin ekoloji mədəniyyətini , ekoloji şüurunun və ekoloji davranışının formalaşması.
Təbiətə mənəvi-etik müdriklik kimi yanaşmaq lazımdırş Bəşəriyyət təbiətlə özünün münasibətlərində elə bir mərhələyə və inkişaf həddinə çatmışdır ki, o, zəruri olaraq öz fəaliyyətini elmi əsaslar üzərində qurmaqla ekoloji problemlərin həllinə nail olmuşdur. Ekoloji təhlükənin aradan qaldırılması və sabitliyin yaradılması sahəsində Respublikamızda da böyük işlər görülür.
Məlumdur ki, ağaclar zərərli karbon qazını qəbul edərək sintez vasitəsi ilə oksigenə çevrilməklə azon qatını bərpasına ekoloji tarazlığın bərpasına böyük köməklik edir. Bu baxımdan Ulu Öndərimiz Heydər Əliyevin ekoloji siyasətinə davam olaraq heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəyə bir ağac əkək” adlı layihəsinin həyata keçirilməsinin böyük əhəmiyyəti var.
Respublikamızın ən iri sənaye şəhərlərindən olan Sumqayıt da ekoloji problemlərlə kifayət qədər yüklənmişdir. Mövcud problemlərin həlli istiqamətində Sumqayıtın Ekoloji Reablitasiya Mərkəzində
Dünyanın aparıcı dövlətləri ilə interaktiv şəkildə təcrübə və proqramlar əsasında aparılan iş prinsipi tədqirə layiqdir. Burada əyani ekpermental işlərlə yanaşı kütləvi maariflənmə işi xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizdə ətraf mühitin qorunması hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ azərbaycan Respublikasının Konstitusiyası , Ekoloji Qanunlar, Cinayət qanunu, İnzibati hüquqpozmalar Məcəlləsi, və digər Qanunvericilik aktları ilə qorunur və hər bir vətəndaş bu qanunlara riayət etməyə borcludur.
Ekoloji məsələlərin həllinin əsasında insan durur və məhz insanlar vasitəsilə onların ekoloji şüurunun və ekoloji mədəniyyətinin formalaşdırılması informasiya mədəniyətinin genişləndirilməsi vasitəsilə ətraf- mühitin sağlamlaşdırılması ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində tədbirlər həyata keçirilməlidir.
Bu baxımdan əhali arasında kütləvi maarifləndirmə funksiyalarını həyata keçirən kitabxanaların üzərinə böyük vəzifələr düşür.Belə ki, hər bir şəhər, qəsəbə və kənd kitabxanalarında əhalinin ekaloji şüur və mədəniyyətinin formalaşdırılması sahəsində kompleks tədbirlər həyata keçirilməlidir. Ekologiya ilə bağlı kitab sərgisi açılmalı, elmi-publisist əsər yazılar, internet mətbuat , metodiki vasitələr o cümlədən bu metodiki tövsiyyədən əldə olunan məlumatlar ərazi üzrə əhali arasında müxtəlif vasitələrlə təbliğ olunmaqla maarifləndirmə işi aparılmalıdır. Bu tədbirlərin həyata keçirilməsində ərazidə yaşayan ziyalı təbəqəsinin, məktəblərin, pedoqoji kollektivlərinin, İcra Hakimiyyəti Nümayəndələrinin və Bələdiyyələrin imkanlarından da səmərəli istifadə olunmalıdır.

Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı. 1996
2. A.Şükürov “Fəlsəfə” .Bakı,1997.
3. ASE-III cild. Bakı, 1979.
4. Azərbaycan Resöublikasının Cinayət Məcəlləsi.Bakı , 2000.
5. Azərbaycan Respublikasının İnzibati Hüquqpozmalar Məcəlləsi . Bakı, 2006
6. Mədəni-maarif jurnalı № 1 2005
7. Mədəni –maarif jurnalı №11 2005
8. Qısa estetika lüğəti.Bakı 1970
9. Vernadskiy V.İ. Ximiçeskoye stroneya biosferi zemli i okrujeniya. Moskva, 1965 vəs.


 

Reklam bannerləri