| Ümumi
ərazi, [kv.km] 1546.00
Əhalinin ümumi sayı 89638
Kəndlərin sayı 57
Qəsəbələrin sayı 3
Baş
Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, respublika paytaxtından
118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın ən qədim tarixə
malik şəhərlərindən biridir. Təbii ki, bu fikri təsdiqləyən bir
çox tarixi mənbə və qaynaqlar çoxdan mövcuddur. İlk dəfə adı yunan
coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya"
kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk,
rus və orta əsr Avropa müəlliyləri geniş məlumatlər vermişlər. Şamaxının
şəhər kimi formalaşmasının 2200 ildən artıq tarixi mövcuddur. Bu
haqqda antik yunan,ərəb və fars mənbələrdə söhbət açılmışdır.
531-ci ildən 1538-ci ilə kimi Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı
olmuş,bu dövlət İbrahimin hakimiyyəti dövründə (1382-1417) yüksək
inkişaf dövrü keçirmişdir.
1805-ci ilin sonunda ciddi müqavimət göstərilməsinə baxmayaraq,
Şamaxı xanlığı Rusiyanın tərkibinə daxil edilmişdir.
1859-ci ilin may ayında Şamaxıda baş verən dəhşətli zəlzələ nəticəsində
şəhər tamamilə dağılmış və quberniya mərkəzi Bakı şəhərinə köçürülmüşdür.
Axrıncı dağıdıcı zəlzələ 1902-ci ilin yanvar ayında baş vermişdir.
1905-1918-ci illər ərzində erməni silahlı birləşmələrinin Şamaxıya
basqını nəticəsində rayonda minlərlə yerli əhali vəhşicəsinə qətlə
yetirilmişdir.
Şamaxı uzun illər ərəb xilafətinə tabe olan bir ərazi olmuşdur.
Bu xilafət zəifləkdikdən sonra Şamaxıda feodal dövləti, yəni Şirvanşahlar
dövləti yaranmışdır. Azərbaycanın dövlətçilik tarixində mühüm yer
tutan Şirvanşahlar dövləti təxminən 1531-ci ildən 1538-ci ilə kimi
mövcud olmuşdur. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin
dövründə təsadüf edir. Bu dövrü əhatə edən 1382-1417-ci illərdə
Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş
və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur.
Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi
üsulidarəsi ilə idarə edilmişdir. Buna baxmayaraq Şamaxı yenidən
ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir.
Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus
tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı.
Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi.
XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı on doqquzuncu yüzilliyin
əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı
qəza və quberniya mərkəzinə çevrilmişdir.
Şamaxı ta qədimdən dünyanın diqqətini cəlb etmişdir. Belə ki, burada
dünyanın ən məşhur səyyah və yazıçıları olmuş və öz təəssüratlarını
qələmə almışlar. Məsələn, səyyahlardan alman Adam Oleari və türk
Övliya Çələbinin verdiyi məlumatlara görə 1643-1650-ci illərdə Şamaxıda
70 məscid, 44 karvansara, 40 mədrəsə, 7 hamam, onlarla meydan və
bazar mövcud olmuşdur. Böyük fransız yazıçısı Aleksandr Düma 1858-ci
ildə Şamaxıda olarkən demişdir: "Parisdən çox-çox uzaqlarda
- Şamaxıda Monteronun, Caffanın, Fontelblonun çəkdikləri portlerləri,
fransızca danışan adamlar gördüm. Bütün bünlar adama qeyri-adi təsir
bağışlayırdı".
1920-ci
ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra
Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur. Keçən əsrin 30-cu
illərindən sonra Şamaxı rayon kimi fəaliyyət göstərmişdir. Lakin
Şamaxının bir rayon kimi fəaliyyətinin əsl intibah dövrü 1970-1980-ci
illərə təsadüf edir. Şübhəsiz ki, bu, müstəqil Azərbaycan Respublikasının
yaradıçısı və qurucusu Heydər Əliyev tərəfindən Şamaxıya göstərilən
böyük diqqət və qayğı ilə bağlı olmuşdur. 1978-ci il yanvarın 21-də
Azərbaycan Respublikası başçısının şəxsi tapşırığı və göstərişi
ilə "Şamaxı rayonunun iqtisadiyyatını və mədəniyyətini daha
da inkişaf etdirmək tədbirləri haqqında" mühüm qərar qəbul
edilmişdir. Əslində müasir Şamaxı məhz bu qərardan sonra yenidən
tikilib qurulmuş, onun infrastrukturu möhkəmlənmiş, iqtisadi və
mədəni inkişafı təmin edilmişdir.
|