Kitabxanası
line decor
 / Kitabxana haqqında / Kitabxananın tarixi /E-kitabxana/ E-kataloq / Normativ sənədlər / Metodik vəsaitlər/Tədbirlər/
line decor

 
 
 

Şamaxı Astrofizika Rəsədxanası

Şamaxı Astrofizika Rəsədxanası Şamaxı şəhərindən 22 km aralı Y.Məmmədəliyev qəsəbəsi yaxınlığında Pirqulu dağının şimal yamacında dəniz səviyyəsindən 1435 m yüksəklikdədir.

Rəsədxana Azərbaycan EA Fizika İnstitunun bazasında 1960-cı ildə yaradılıb. Qısa müddətdə yaşayış qəsəbəsi və iş binaları tikilib, teleskoplar, digər elmi avadanlıqlar quraşdırılıb: 2 metrlik teleskop, üfüqi günəş teleskopu, AZT-8, AST-452, Seys-600 və s.

Təşkilatın əsas fəaliyyət istiqamətləri ulduzlarda qeyri stasionar proseslərin kompleks tədqiqi , Günəş sistemi cisimlərinin fizika və dinamikası; günəş fizikası, Günəş-Yer əlaqələrinin öyrənilməsidir...

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr bunlardır: 2000-dən çox ulduzun spektləri alınıb, emal və təhlil edilib, bir sıra ulduz atmosferlərində vaxtaşırı dəyişkənliklər aşkar edilib, Günəş atmosferində qeyri-adi dalğavarı hərəkət qeydə alınıb, yeni elektron komet sistemində indiyədək məlum olmayan effektlər aşkar edilib, bir sıra asteroidlərin kimyəvi tərkibi öyrənilib, Günəş atmosferində qeyri-adiabatik rəqslərin nəzəriyyəsi yaradılıb, ionosferdən keçən yüksək tezlikli radio siqnalların qəbulu və onun Günəş fəallığından asılılığı tədqiq olunub, Günəş fəallığının yeni mexanizmi irəli sürülüb, yeni müşahidə sistemləri və işıqqəbuledicilər yaradılıb, 1999-cu ildə tam günəş tutulması müşahidə edilib, N.Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq 8 konfrans keçirilmişdir; 11 kitab və 18 jurnal nəşr edilib.

Reklam bannerləri