|
 |
|
Şirvanşahlar dövləti |
Şirvanşahlar dövləti - 861-1538-ci illərdə Azərbaycan ərazisində mövcud olan dövlət.
Bakı X əsrin axırlarından etibarən Şamaxı ilə yanaşı Bakı da Şirvanın əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar dövləti regionda baş verən hadisələrin mərkəzində olduğundan, Bakı ətrafında qala divarları ucaldıldı.Şirvanşahlar sülaləsinin banisi Yezid b. Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Həmçinin elmə məlumdur ki, Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə b. Nizarın qurduğu Rabia qəbiləsindəndir. Beləliklə, sübut olunur ki, Şirvanşahlar əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladlarıdırlar. [1]IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin güclənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Şirvanşahlar dövləti İslam aləmində ən uzunömürlü dövlətdir.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. Bununla yanaşı şəhər əhalisi sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.Sülalə üzvləri [2] Sülalələr: Məzyədilər, Kəsranilər, Dərbəndilər
- 799 - Yezid ibn Məzyəd Arran, Ərməniyyə, Şirvan, Azərbaycan və Dərbənd hakimi (ö. 801).
- 820 - Xalid b. Yezid (ö.843 və ya 845).
- 845 - Məhəmməd b. XƏlid, Arran, Ərməniyyə, Şirvan və Azərbaycan hakimi, Arran hökmdarı (ö.845).
- Heysəm b. Xalid, ilk Şirvanşah.
- Məhəmməd b. Heysəm, Layzan
- Heysəm b. Məhəmməd, Layzan
- 913 - Əli b. Heysəm, Layzan, 917-ci ildə taxtdan endirilib.
- 916 - Yezid b. Məhəmməd b. Yezid, Əbu Tahir, Şirvanda, sonra həm də Bab Əl Əvvab(Darband)
- 948 - Məhəmməd b. Yezid
- 956 - Əhməd b. Məhəmməd
- 981 - Məhəmməd b. Əhməd
- 991 - Yezid b. Əhməd
- 1028 - Mənuçöhr b. Yezid
- 1034 - Əli b. Yezid, Abu Mansur
- 1043 - Qubad b. Yezid
- 1049 - Büxtnəssar Əli b. Əhməd b. Yezid
- 1053 - Sallar b. Yezid
- 1063 - Fəribürz b. Sallar b. Yezid
- 1094 - Fereydun b. Fəribürz, d. 1120
- 1094 - Mənuçöhr II b. Fəribürz
- 1120 - Mənuçöhr III b. Fereydun
- 1160 - Axsitan I ibn Mənuçöhr III, 1197 və 1204 arasında vəfat etib.
- 1179 - Şahənşah b. Mənuçöhr III, əvvəl Axsitanla birgə, təkcə 1204
- 1187 - Fereydun II b. Mənuçöhr III, Şahənşahla birgə, təkcə 1204
- 1187 - Fəribürz II b. Fereydun II,qardaşları və əmiləri ilə birgə.
- 1187 - Fərruxzad I b. Mənuçöhr III, qardaşları ilə birgə, təkcə 1225
- 1204 - Gerşasb I b. Fərruxzad
- 1255 - Axsitan II b. Fəribürz III
- 1258 - Gerşasb II or Güşnasb b. Axsitan II
- 1265 - Fərruxzad II b. Axsitan II
- 1345 - Keyqubad
- 1348 - Keykavus b. Keyqubad
- 1372 və ya 1378 və ya 1382 - Huşəng b. Keykavus
- 1378 - İbrahim I b. Məhəmməd b. Key Qubad
- 1418 - Xəlil b. Ibrahim I
- 1463 - Fərrux Yassar b. Xəlil I
- 1500 - Bayram/Bəhram b. Fərrux Yassar
- 1502 - Qazi b. Fərrux Yassar
- 1503 - Mahmud b. Qazi
- 1503 - İbrahim II Şeyxşah, Mahmud b. Qazi`nin əmisi
- 1524 - Xəlil II b. Ibrahim II
- 1535 - Şahrux b. Fərrux b. Ibrahim II, ö. 1539
- 1538 - Səfəvi işğalı
- 1544 - Burhan b. Əli b. Xəlil II tərəfindən yenidən hakimiyyət, ö. 1551
- 1551 - Səfəvi işğalı
- 1579 - Əbu Bəkr b. Burhan Əli Osmanlı vassalı olaraq
- 1607 - Səfəvi işğalı
Şirvanşahlar dövlətində Bakıdakı bir sıra qəsr və minarələr, mədrəsə və qüllələr, karvansara və hamamlar, məscidlər və yaşayış evləri məhz həmin dövrdə tikilmişdir. O dövrdə ucaldılmış tikililərdən salamat qalanlar arasında ən qədim 1078-1079-cu illərdə tikilmiş Məhəmməd məscididir. Qala divarlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirildi. Bakını dəniz tərəfdən müdafiə etmək məqsədilə 1232-1235-ci illərdə Bakı buxtasında indi suyun altında qalmış Səbail qəsri tikilmişdir.[3] |
|
|
|