|
 |

| Tədbirlər
|
 |
2 fevral 2012-ci il tarixində Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanasında “Azərbaycan gəncliyi dünən, bu gün, sabah ” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq Azərbaycan gəncliyi haqqında geniş məlumat vermək üçün Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynova söz verdi.
Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan , rayon gəncliyi qarşısında duran vəzifələrdən söz açdı.
Tədbirə dəvət olunan Şamaxı Humanitar kollecin və Azərbaycan müəllimlər institutunun Şamaxı filialının tələbələri maraqlı fikirlərlə çıxış etdilər.
 |
19 yanvar 2012-ci il tarixində Mərkəzi kitabxanada “Yaddaşımızın qanlı səhifəsi” adlı anım mərasimi keçirildi. Mərasimi MKS-nin direktoru Ə.Xələfov açaraq 20 Yanvar faciəsi haqqında məlumat verdi. A.Səhhət adına Uşaq kitabxanasının müdiri Səttarzadə Afaq “Qanlı şənbə” adlı məruzə ilə çıxış etdi. Təşkilati-metodika şöbəsinin müdiri Hacıyeva Zemfira çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycan xalqına qarşı apardığı əməliyyatlardan danışdı. Şəhər 5 saylı orta məktəbin şagirdləri “Yaddaşımızın qanlı səhifəsi” adlı bədii kompozisiya ilə çıxış etdilər. Tədbir işçiləri sonda “Yaddaşımızın Qanlı səhifəsi” başlıqlı sərgi ilə tanış oldular.
 |
29 dekabr 2011-ci il tarixində Mərkəzi kitabxanada müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınmış, yazıçı Əzizə Cəfərzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirildi. Giriş sözü ilə yazıçının həyat və fəaliyyətindən məlumat verərək MKS-nin direktoru Ə. Xələfov tədbiri açıq elan etdi.
A.Səhhət adına Uşaq kitabxanasının müdiri Səttarzadə Afaq çıxış edərək Əzizə Cəfərzadənin əsərlərində yaratdığı özünəməxsus bədiiliyi, eyni zamanda özünün qeyri-adi fantaziyası ilə təsvir etdiyi dövrün təbii mənzərəsindən, panoramasından danışdı.
Kitabxanada “Əzizə Cəfərzadə - 90” başlıqlı sərgi təşkil olunmuşdur.
 |
23 dekabr 2011-ci il tarixdə Mərkəzi kitabxanada görkəmli elm xadimi, Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun 80 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” kitabının müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ə.Xələfov açaraq Abuzər Xələfovun həyat və fəaliyyəti , Milli kitabxanaşünaslıq və biblioqrafiya işi sahəsində gördüyü işlər barədə çıxış etdi.
Metodika şöbəsinin müdiri Hacıyeva Zemfira kitab haqqında ümumi məlumat verdi. Kitabxana işçiləri kitabda olan bölmələr haqqında çıxış etdilər.
Mərkəzi kitabxanada “Abuzər Xələfov-80” başlıqlı sərgi təşkil olunmuşdur.
 |
10 dekabr 2011- ci il tarixində Mərkəzi kitabxanada ulu öndər , ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Böyük ömrün anları” mövzusunda dəyirmi masa keçirildi.
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə “Heydər Əliyev. Azərbaycan Mədəniyyətinin hamisi” adlı filmə baxıldı. Tədbir iştirakçıları , Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri ulu öndərin abidəsini ziyarət etdilər.
 |
11 noyabr 2011-ci il tarixində Mərkəzi kitabxanada 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günü ilə əlaqədar dəyirmi masa keçirildi. Giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Ə. Xələfov çıxış edərək 1995-ci ildə ümumxalq referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası haqqında məlumat verdi. Kitabxananın metodisti Hacıyeva Zemfira Yeni Konstitusiyada əks olunmuş azadlıq hüququ, yaşamaq hüququ, mülkiyyət hüququ, sağlamlığın qorunması hüququ və s. haqqında geniş məlumat verdi.
 |
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Mərkəzi kitabxanada tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Ə. Xələfov açıq elan etdi. Oxu zalının müdiri Camməmədova Gövhər “Dalğalan bayrağım azad ölkəmdə” adlı məruzə ilə çıxış etdi. Tədbirdə 5 saylı orta məktəbin şagirdləri şerlər və nəğmələr söylədilər.
 |
Mərkəzi kitabxanada görkəmli yazıçı Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ərəsdun Xələfov açdı. Xidmət şöbəsinin müdiri çıxış edərək yazıçının həyat və yaradıcılığı haqqında məruzə oxudu. Şəhər 5 saylı orta məktəbin şagirdləri yazıçının əsərlərindən kiçik kompozisiyalar göstərdilər.
Mirzə İbrahimovun əsərlərindən ibarət sərgi təşkil edildi
 |
07 oktyabr 2011-ci il tarixində Mərkəzi kitrabxanada “Müstəqilliyimiz dönməzdir, əbədidir” adlı bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. MKS-nin direktoru Ə.Xələfov “Müstəqilliyimiz əbədidir ” adlı məruzə ilə çıxış etdi.
Uşaq kitabxanasının direktoru Səttarzadə Afaq “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir ” mövzusunda çıxış edərək sözü şəhər 5 saylı orta məktəbin şagirdlərinə verdi. Şagirdlər şeirlər söyləyib, kompozisiyalar göstərdilər.
Tədbirdə Şamaxı rayon Humanitar kollecin tələbələri və Uşaq incəsənət məktəbinin kollektivi bayram proqramı ilə çıxış etdilər.
Mərkəzi kitabxanada “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” başlıqli sərgi nümayiş olundu.
 |
15 sentyabr bilik günü ilə əlaqədar A.Səhhət adına Şamaxı şəhər Uşaq kitabxanası 5 saylı orta məktəblə birlikdə tədbir keçirdi. Tədbiri giriş sözü ilə 5 saylı orta məktəbin direktoru açıq elan etdi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək məktəbliləri yeni dərs ili münasibəti ilə təbrik etdilər.
A.Səhhət adına Uşaq kitabxanasının müdiri Səttərzadə Afaq çıxış edərək yeni dərs ili münasibəti ilə müəllim və şagirdləri təbrik etdi. MKS-nin direktoru Xələfov Ərəsdun məktəbə ilk qədəmlərini atan birinciləri təbrik edərək onlara uğurlar arzu etdi . Məktəbə ilk qədəm qoyan birincilər məktəb və müəllim haqqında şeir söylədilər.
Kitabxanada “15 sentyabr Bilik günüdür “ başlıqlı sərgi təşkil olunmuşdur.
 |
Xalq şairi Qabilin anadan olmasının 85 illiyi ilə əlaqədar 17 avqust 2011-ci ildə Mərkəzi kitabxanada “Qabil poeziyası, Qabil dünyası” adlı şeir günü keçirilmiş və “Qabil-85 ” başlıqlı sərgi təşkil olunmuşdur.
Tədbiri Kitabxananın direktoru Ərəsdun Xələfov açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Şamaxı Texniki Humanitar litseyin müəlliməsi Günel Xasiyeva çıxış edərək Qabil poeziyasının rəngarəngliyindən geniş məlumat verdi. Litseyin şagirdləri şairin müxtəlif illərdə yazdığı şeirlərini söylədilər.
![]() |
Mərkəzi kitabxanada 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə “Dilimiz varlığımızdır” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı Fərmana əsasən , hər il avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunduğu bu günün təsisi ilə əlaqədar ictimai-siyasi həyatda, yazı mədəniyyətimizin tarixində mühüm hadisə baş verdiyi haqqında məlumat verdi.
Tədbirdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının müəllimi Filologiya üzrə fəlsəfə doktoru, dossent Seyfəddin Qəniyev , Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi Rəfail Tağızadə çıxış etdilər .
Şamaxı Humanitar kollecin tələbələri B.Vahabzadənin, M.Aslanın, M. Arazın dilimizə həsr olunan şeirlərini söylədilər.
![]() |
18 iyul –2011 ci il tarixdə yazıçı Şamo Arifin anadan olmasının 75 illiyi ilə əlaqədar Şamaxı rayon Mərkəzi kitabxanada dəyirmi masa kecirildi. Tədbiri MKS-nin direktoru Ə. Xələfov acaraq Şamo Arifin həyat və yaradıcılığı haqqında məlumat verdi. Kitabxananın metodisti Məmmədova Hicran yazıçının ədəbi fəaliyyətindən geniş məlumat verdi. Tədbirin sonunda yazının əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
 |
14 iyun 2011-ci il tarixdə Milli Qurtuluş günü ilə əlaqədar Mərkəzi kitabxanada “Ədəbi qurtuluş ” adlı tədbir keçirilmiş, “Möhtəşəm qayıdış” başlıqlı sərgi təşkil olunmuşdur.
Tədbirdə Humanitar kollecin tələbələri Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şerlər söyləmiş, Uşaq incəsənət məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış etmişlər.
 |
Mərkəzi Kitabxanada hər il ən-ənəvi may ayında keçirilən “Mirzə Ələkbər Sabirin poeziya günləri”nə həsr olunan tədbirdə inqilabi satiranın banisi satirik şairin həyat və yaradıcılığı haqqında çıxışlar dinlənildi.
Tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında Abbas Səhhət adına Uşaq kitabxanasının direktoru Afaq Sətdarzadə geniş məlumat verdi.
Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının dossenti, filologiya elmləri namizədi Eyvaz Eminalıyev, 5 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Validə Şərifova çıxış etdilər. Şəhər 5 saylı orta məktəbin şagirdləri Atakişiyev Asim, Nəcəfova Firidə, Süleymanova Ellada, Qədirova Aytac, Qasımov Amil M.Ə.Sabirin şerlərini, qəzəllərini söylədilər.
Bundan əlavə məktəbin şagirdləri M.Ə.Sabirin satirik şerlərindən hazırladıqları ədəbi–bədii kompozisiyanı təqdim etdilər.
 |
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Mərkəzi kitabxanada və onun filiallarında silsilə tədbirlər keçirilir.
Bu məqsədlə Mərkəzi kitabxanada 06.05.2011-ci il tarixində Ümummilli liderimiz Heydər Əliyevin 88-ci il dönümü ilə əlaqədar
“ Böyük ömrün anları ” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq, Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Dəyirmi masada Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi Rəfael Tağızadə, Təhsil şöbəsinin metodika şöbəsinin müdiri İbad Rəhimov, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının müəllimi, filologiya elmləri namizədi Eyvaz Eminalıyev, MKS-nin şöbə müdiri Zemfira Hacıyeva çıxış etdilər. Tədbirin sonunda 5 saylı orta məktəbin şagirdləri Ulu öndərə həsr olunmuş şerlər söylədilər. Bundan əlavə Mərkəzi kitabxanada “Heydər Əliyev-88” başlıqlı kitab və foto sərgi təşkil olunmuşdur
|
![]() |
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanasında tədbir keçirildi. Tədbiri MKS-nin direktoru Ə.Xələfov açaraq, erməni daşnak millətçi qüvvələrinin xalqımıza qarşı xəyanəti, yürütdükləri terror və soyqırımı siyasəti, o cümlədən Şamaxıda törətdikləri vəhşiliklərdən danışdı. Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının dossenti, tarix elmləri namizədi Zərifə Cavadova “Bəşəriyyətə qarşı erməni vəhşiliyi - Mart Soyqırımı” mövzusunda çıxış edərək, 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycanda həyata keçirilən Soyqırım nəticəsində 10 minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsindən söhbət açdı. Kitabxananın şöbə müdiri Xasıyeva Hicran “31 mart - Şamaxı soyqırımı” adlı məruzə oxudu.
Tədbirdə rayon ağsaqqalları, tarixçilər, tələbələr o cümlədən Şamaxı şəhər 5 saylı orta məktəbin şagirdləri iştirak edirdilər.
 |
Xalqımızın Milli Bayramı Novruz Respublikamızın hər yerində olduğu kimi Şamaxıda da böyük təntənə ilə qeyd olunmuşdur. Bu münasibətlə Şamaxıda bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Martın 18-də Heydər Əliyev parkında “Bayramların anasıdır Novruzum” adlı teatrlaşdırılmış bayram şənliyi keçirildi. Tədbirdə musiqiçilər, aşıqlar, meyxana ustaları, kəndirbazlar rəngarəng proqramla çıxış etdilər.
Bundan əlavə Heydər Əliyev parkında bayram sərgisi açılmışdır. Mərkəzi kitabxana “Novruz - yeni gün” başlıqlı kitab sərgisi açmışdır. Sərgi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
 |
25 fevral 2011-ci il tarixdə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin və Mərkəzi kitrabxananın təşkilatçılığı ilə “Qarabağın işğalı: Xocalı faciəsi” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzin direktor əvəzi Rəfail Tağızadə acaraq, Xocalı faciəsi ilə əlaqədar geniş məlumat verdi. Tədbirdə MKS-nin direktoru Xələfov Ərəsdun , YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov , MKS-nin şöbə müdiri Zemfira Hacıyeva , Tələbə gənclər təşkilatının sədri Aysel Bədəlova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımdan danışdılar.
Tədbirin sonunda “Xocalı harayı” filmi nümayiş etdirildi.
Kitabxanada Xocalıda baş verən hadisələri özündə əks etdirən “Xocalı faciəsi fotolarda” başlıqlı foto və kitab sərgisi təşkil olunmuşdur.
|
 |
ABDULLA ŞAİQ-130. 24.02.2011-ci il tarixində Şamaxı rayon MKS-nin Abbas Səhhət adına uşaq kitabxanasında görkəmli uşaq yazıçısı Abdulla Şaiqin anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında danışmaq üçün sözü Uşaq kitabxanasının direktoru Afaq Səttarzadəyə verdi. Məruzə ətrafında MKS-nin direktor müavini Nəcəfova Ziba, metodika şöbəsinin müdiri Hacıyeva Zemfira çıxış edərək bildirdilər ki, Abdulla Şaiq yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş , bu əsərlərə ümumxalq məhəbbəti qazandırmışdır.
Tədbirdə Şamaxı şəhər Humanitar – texniki litseyin şagirdləri “Bahar”, “Vətən” , “Lay-lay”, 5 saylı orta məktəbin şagirdləri “Payız”, “Yeni köməkçi”, “Dağlar”, “Təmizlik” şerlərini söylədilər. 2 saylı orta məktəbin şagirdləri Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılı əsasında səhnəcik təqdim etdilər.
Tədbir iştirakçıları kitabxanada təşkil olunmuş “Uşaqların sevimli şairi” adlı sərgi ilə tanış oldular.
Tədbirdə iştirak edən məktəblilərlə “ Bu tədbir sizə nə verdi ” adlı dialoq keçirildi.
|
 |
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycanda
“Uşaq ili” elan olunmuşdur.
Sərəncamın icrası ilə əlaqədar Mərkəzi Kitabxanada, Uşaq kitabxanasında,
rayon Mədəniyyət evində Təhsil şöbəsinin tabeliyində olan şəhər
məktəbləri ilə birlikdə silsilə tədbirlər hazırlanıb həyata keçirilmişdir.
“Valideyin, uşaq, müəllim” mövzusunda dəyirmi masa təşkil edilmiş,
“Uşaqlar bizim gələcəyimizdir”, “Qoy həmişə günəş olsun” mövzusunda
mədəni-kütləvi tədbirlər keçirilmiş, Uşaq Incəsənət məktəbi şagirdlərinin
iştirakı ilə möhtəşəm kansert verilmişdir. |
| |
|
 |
Şamaxı rayon MKS–də M.Y.Lermontovun anadan olmasının 195 illiyi münasibəti ilə şer gecəsi keçirildi.
Tədbirin əvvəlində kitabxanada təşkil edilmiş M.Y.Lermontov adlı sərgiyə baxış keçirildi.
M.Y. Lermontovun həyat və yaradıcılığı haqqında Uşaq kitabxanasının müdiri Səttarzadə Afaq çıxış etdi. 5 saylı şəhər orta məktəbin şagirdləri Lermontovun şerlərini söylədilər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı. |
| |
|
 |
Mərkəzi
kitabxanada 17 noyabr Mill Dirçəliş günü ilə əlaqədar “Azadlığa gedən
yol ” mövzusunda mədəni – kütləvi tədbir keçirilmişdir.
Bu çərçivədə
sərgilər təşkil olunmuş, oxucu konfransı keçirilmişdir. |
| | | | | | | | | | | | | | | | | |
|
|
|